Ana səhifə
19 Noyabr 2018

Azərbaycanda bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşayır

Bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət apara bir ölkə var

Bu gün Azərbaycan o ölkələrdəndir ki, bütün sahələrdə çox böyük inkişaf yolu keçib, uğur qazanıb. Dövlər başcısı qeyd edib ki, xüsusilə indiki şəraitdə ki, dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaradılır. Yaxın Şərqdə artıq bir neçə ölkə idarəedilməz vəziyyətə düşüb. Qeyd etdiyim kimi, Yaxın Şərqdə, əfsuslar olsun ki, müharibələr alovlanır. Avropada miqrantlarla bağlı dərin böhran yaşanır. Bu, eyni zamanda, dəyərlər böhranıdır. İstər-istəməz miqrantlar böhranı Avropada islamofobiya meyillərini gücləndirir. Bu, həm müsəlmanlar, həm Avropa üçün çox böyük təhlükədir. Belə bir vəziyyətdə Azərbaycan öz yolu ilə gedir. Əslində bizim siyasətimizdə heç bir dəyişiklik olmamışdır. Sadəcə olaraq, biz həmişə çalışmışıq ki, ölkəmizi mümkün olan bütün risklərdən, mənfi kənar təsirdən qoruyaq və buna müvəffəq olmuşuq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev deyib. Onun sözlərinə görə, indiki şəraitdə, dünyada gedən çox ağır proseslər şəraitində, əlbəttə ki, Azərbaycan nümunəsi özünü daha da gözəl şəkildə büruzə verir. "Deməli, mümkündür ki, bütün konfessiyaların nümayəndələri bir ailə kimi yaşasınlar. Mümkündür ki, multikulturalizm meyilləri güclənsin. Mümkündür ki, bir ölkədə dini, milli zəmində heç vaxt qarşıdurma olmasın. Nəinki qarşıdurma, heç anlaşılmazlıq da heç vaxt olmayıb və əminəm ki, olmayacaq. Yəni, bu gün Azərbaycan çox fərqli bir inkişaf modelini nümayiş etdirir. Ona görə yox ki, biz kiməsə nəyisə sübut etmək istəyirik. Sadəcə olaraq, bizim həyat tərzimiz belədir. Bizim siyasətimiz bundan ibarətdir. Getdikcə Azərbaycanı dünyada daha da çox tanıyırlar. Tanıdıqca da görürlər ki, bu gün dünyada, bu coğrafiyada müasir, öz gücünə güvənən, ayaqda möhkəm dayanan, prinsipial siyasət aparan, bütün azadlıqları, bütün dinlərin birgə yaşamasını təmin edən bir ölkə var. Ona görə, əlbəttə ki, bizim təcrübəmiz öyrənilir. Bizi istəyən, dəstəkləyən ölkələr, qüvvələr bizi daha da dəstəkləyirlər, bizi istəməyənlər daha da məyus olurlar. Çünki bədxahlar, antiazərbaycan qüvvələr nə qədər çalışsalar da bizim siyasətimizə, iradəmizə, uğurlu inkişafımıza təsir edə bilməyiblər", dövlət başçısı deyib. 
Dövlər başcısı bildirib ki, bu gün Azərbaycan dünya miqyasında nadir rol oynayan bir ölkədir. "Mən bunu tam məsuliyyətlə deyirəm. Yəni, bunu özümüzü tərifləmək üçün demirəm. Bu, reallıqdır. Çünki hər şey müqayisədə müəyyən olunur və bu gün müqayisə aparmaq üçün bizim kifayət qədər imkanlarımız var. Biz dünyanın hər bir yerində baş verən hadisələri görürük, izləyirik. Bu fonda Azərbaycanın uğurlu, hərtərəfli inkişafı, əlbəttə ki, daha da böyük rəğbət qazanır".
Dövlər başcısının sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar, aparılan siyasət, əlbəttə ki, bizə diqqəti daha da çox cəlb edir və bu, müsbət haldır. "Mən hesab edirəm ki, dünya bizi daha da yaxşı tanımalıdır. Özümüzü tanıtmaq üçün biz, əlbəttə ki, təşəbbüslər irəli sürürük. Artıq bir neçə ildir ki, Azərbaycan dünya ictimaiyyətinin diqqətini çəkən tədbirlər keçirir. Bu tədbirlər həm qitə, həm dünya miqyaslı tədbirlərdir. Bu gün dünyanın ən mötəbər idman yarışlarından biri olan Formula-1 Bakı küçələrində keçirilir. Bu yarışın auditoriyası dünyada yarım milyard insandır. Bu yarım milyard insan görəcək ki, dünyada belə bir gözəl ölkə, gözəl memarlıq abidələri olan, səliqəli, müasir bir şəhər var – Bakı şəhəri.
Əlbəttə bu, bizim gücümüzü artıracaq. Çünki bizə qarşı aparılan qarayaxma, təxribat kampaniyalarının hamısını alt-üst edir. Azərbaycana, Bakıya gələn on minlərlə turist bizim reallıqlarımızı öz gözü ilə görəcək. Görəcək və haqqımızda yazılan o çirkin məqalələrə daha fikir verməyəcək. Elə bir hal olmayıb ki, ilk dəfə Azərbaycana gələn insan təəccüb etməsin. Bu təəccüb nədən yaranır? Ölkəmizə gəlməzdən əvvəl yəqin ki, o müxtəlif çirkin yazıları oxuyurdular. Gəlib görəndə insanlar azad, rahat, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, əlbəttə, onların birinci reaksiyası təəccüb, ikincisi isə sual idi ki, siz buna necə nail ola bilmisiniz. Biz buna öz siyasətimizlə nail ola bilmişik. Çünki düşünülmüş siyasət aparırıq. Öz gücümüzə arxalanırıq, Azərbaycan xalqımızın iradəsi ilə idarə olunur. Əlbəttə ki, bizim bütün uğurlarımızın təməlində vətəndaş birliyidir. Vətəndaş birliyi millətlərarası, dinlərarası birlik olmadan mümkün deyil, xüsusilə, çoxmillətli və çoxkonfessiyalı ölkələrdə. Biz fəxr edirik ki, çoxmillətli ölkəyik. Biz fəxr edirik ki, Azərbaycanda bütün dinlərin, millətlərin nümayəndələri rahat yaşayırlar. Onlar fəxr edirlər ki, Azərbaycan vətəndaşlarıdır. Onlar həm ölkə daxilində, həm xaricdə ölkəmizin inkişafına çox böyük töhfələr verirlər. Bizim pravoslav rus icmamız pravoslav rus aləmində Azərbaycanla bağlı həqiqətləri çatdırır, təbliğ edir, izah edir. Bizim yəhudi icmamız bütün dünyada, Avropada, Amerikada, bütün digər ölkələrdə Azərbaycanla bağlı həqiqətləri çatdırır. Bizi xaricdə ən çox dəstəkləyən yəhudi təşkilatlarıdır. Nəyə görə? Çünki birincisi, onların böyük əksəriyyəti Azərbaycandan köçüb gediblər. İkincisi, heç vaxt Azərbaycanla əlaqələri itirməyiblər. Üçüncüsü, onlar bilirlər ki, burada yəhudilər və bütün başqa xalqlar rahat yaşayırlar. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. Bizim siyasətimiz bundan ibarətdir. Bu, bizim birliyimizi daha da gücləndirir. Biz bütün bayramları bir yerdə qeyd edirik. Şeyx həzrətləri qeyd etdiyi kimi, İmamzadə hər bir müsəlman üçün müqəddəs yerdir. Biz hamımız, bax burada əyləşənlər nəinki orada iştirak etmişik, çıxış etmişik. Mən oraya ölkəmizin hər bir rayonundan nümayəndələr dəvət etmişdim ki, onlar gəlsinlər, o müqəddəs yerin bərpasından sonra açılışında iştirak etsinlər və bizim sözlərimizi eşitsinlər. Orada, müqəddəs yerdə bizim çıxışlarımız artıq bir siqnaldır, cəmiyyətə ünvanlanan bir siqnal. Bax, belə olmalıdır. Ayrı-seçkiliyə, ekstremizmə yol vermək olmaz. Biz ancaq birlikdə ölkəmizi gücləndirə bilərik, ancaq birlikdə xoşbəxt gələcəyə nail ola bilərik. Bizim üçün bu, həm həyat tərzidir, həm dövlət siyasətidir. Bu siyasət Azərbaycan xalqı tərəfindən bəyənilir, dəstəklənir".
Bunlar azərbaycançıoıq ideologiyasının əsasında durur. Məqsəd də ölkəmizdə yaşayan müxtəlif dinlərin birlikdə sülh, əmin-amanlıq şəraitdjə yaşaması və ölkəmizin güclənməsinə töhvə vermələridir. Bu gün onlar bir ideya ətrafında- azərbaycançılıq ideyası ətrafında sıx birləşiblər . Bu birlik isə Azərbaycanın regionda, dünyada mövqeyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin armasına xidmət edir. Azərbaycanda heç vaxt ksenofobiya, antisemitizm olmayıb və olmayacaq da. . Bəli, bu, bizim birliyimizi daha da gücləndirir. Azərbaycanın bu istiqamətdə apardığı siyasət dünya ölkələri üçün bir nümunə, bir örnəkdir. Onlar bu sahədə bizdən hələ çox şey öyrənməlidirlər, öyrənəcəklər də.

Tarix
20 İyun 2016 [19:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin