Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı məktubu göndərib

10:31 - 20 İyun 2016 - Xəbər

 Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə başsağlığı məktubu göndərib. 
Məktubda deyilir:
"Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm".

Xəbər xətti