Şəmkirdə iki qardaşı bıçaqlayan şəxs tutulub

14:06 - 18 İyun 2016 - HADİSƏ

 İyunun 17-də Şəmkir rayonunun Kür qəsəbəsində qəsəbə sakini Sabit Əliyev münaqişə zəminində həmyerliləri Mahir Abbasova və onun qardaşı Zaura bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, onlar xəstəxanaya yerləşdirilib, M.Abbasov orada ölüb.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev tutulub.
Araşdırmalar davam etdirilir.

Xəbər xətti