Sabaha olan hava məlumatı

12:41 - 17 İyun 2016 - ÖLKƏ İÇİ

İyunun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 18-21, gündüz 26-31 dərəcə isti, Bakıda gecə 18-20, gündüz 28-30 dərəcə isti olacaq. 
Sabah Azərbaycanın rayonlarında havanın əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.   
Havanın temperaturu Aran rayonlarında gecə 17-22, gündüz 29-34, dağlıq rayonlarda gecə 9-14, gündüz 17-22  dərəcə isti olacaq.
Tibbi xəbərdarlığa gəlincə isə,  yaxın 2-3 gün ərzində Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər xətti