Səfir: "İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

16:49 - 16 İyun 2016 - SİYASƏT

 "İranın Dağlıq Qarabağ münaqişəsində ikili mövqe tutduğunu düşünmürəm. Uzun illlərdir bu məsələ ilə bağlı mövqeyimiz eyni olub".“Report” xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin jurnalistlərə açıqlamasında deyib.
Diplomat qeyd edib ki, İran beynəlxalq təşkilatlarda daim Azərbaycanın yanında olub: "İranın prinsipial siyasəti ondan ibarətdir ki, bütün ölkələrin ərazi bütövlüyünü, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəklənməlidir. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
Eyni zamanda, münaqişənin sülh yolu həll olunmasını dəstəkləyirik. İstəmirik ki, regionda bir daha müharibə alovlansın. Əslində, bu, regionun da xeyrinə deyil".
Möhsün Pak Ayin İranın Dağlıq Qarabağ və Fələstin münaqişlərinə fərqli yanaşması haqqında fikirlərə də münasibət bildirib: "Dağlıq Qarabağ münqişəsi Fələstin probleminə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülümlər Qarabağda baş verən hadisələrlə müqayisə olunmaz dərəcədə dəhşətlidir. Digər fərq isə ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ölkə rəhbərləri danışıqlar aparırlar. Biz ümid edirik ki, bu danışıqlar nəticə verəcək. Fələstin məsələsinin isə sülh yolu ilə həll olunacağına inanmırıq və belə bir perspektiv görünmür".

Xəbər xətti