Dreamland Qolf Klubunda Formula 1 yarışlarına həsr edilmiş qolf turniri

15:54 - 16 İyun 2016 - İDMAN

 17-19 iyun tarixlərində Bakıda keçiriləcək Formula 1 münasibətilə Dreamland Qolf Klubunda növbəti qolf turniri keçirildi. 
12 iyun tarixində təşkil edilən turnirdə 72 qolfçu iştirak etdi. Son dövrlərdə şəhər həyatının bir parçasına çevrilən mini qolf yarışları qolf sevərlər arasında çox məşhurlaşmışdır. 
Formula 1 yarışları tərəfindən sposnorluq edilən bu turnirdə qaliblərə hədiyyələr də qurum tərəfindən təmin edilirdi. Qaliblərə təqdim edilən hədiyyələrə Formula 1 yarışlarına bilet, yarış münasibnətilə təşkil ediləcək konsertə biletlər və s. daxil idi. Qolf sahəsindəki 4-cü dəlikdə yaradılmış pit stopda isə qolfçular yüngül qəlyanaltı və Julius Meinl qəhvəsinə qonaq edilirdilər. 

Səhər saatlarından etibarən qolf kluba gələn qonaqlar səhər yeməyindən sonra Qolf Akademiyasına oyuna hazırlaşmaq üçün yollanırlar. Turnir başlamazdan əvvəl komandalar öz aralarında kiçik brifinq edirlər. daha sonra sahəyə öz güclərini sınamağa gedirlər. 


Günün qalibləri isə Stiven Parkes, Con Veston, Nik Hor və Ben Stensberiden ibarət komanda oldu. Onlar 61.4 xalla birinci yeri tutdular. 

İkinci yerə 62.9 xalla Qevin Makkenzi, Robert Odonohi, Con Kuin, Gerard Makkenna tutdular. 

Üçüncü yerə isə 63 xalla Alan Berns, Daniel Li, Din Makivan, Styuart Kinq layiq görüldülər. 

Turnir çərçivəsində qolfçular Formula 1 yarışları tərəfindən sposnsorluq edilən səriştə tələb edən digər müsabiqələrdə də iştirak etdilər. 
Nəticələ aşağıdakı kimi oldu.

4-cü dəlikdə ən yaxın “pin”  – Robert Odonohi
17-ci dəlikdə ən yaxın “pin” – Styuart Kinq
6-cı dəlikdə ən uzun “drayv” – Syuzi Drammond
14-cü dəlikdə ən uzun “drayv” – Robert Odonohi
  
Mükafatlandırma mərasimindən sonra isə qonaqlar italyan mətbəxinin təamlarında dadmağa dəvət edildilər 
 
Dreamland Qolf Klubu haqqında  
2015-ci ildə öz qapılarını geniş ictimaiyyətə açan Dreamland Qolf Klubu Dye Dizayn tərəfindən dizayn 
edilmiş 18 dəlikli beynəlxalq turnirlərə ev sahibliyi etmə səviyyəli qolf meydançası, İMG performans 
studiyaları olan qolf akademiyası və müvafiq xidmət obyektlərinə malik Klabhaus-dan ibarətdir. 
Meydança mənzil, villa və Sabis Sun beynəlxalq məktəbini əhatə edən Dreamland qapalı yaşayış 
sahəsinin ən vacib hissəsi hesab olunur.
Ətraflı məlumat : Philip Jones GM  Dreamland Qolf Klubu, Bakı    E-mail: [email protected]


Xəbər xətti