Azərbaycan parlamentində dinləmələr başladı

13:51 - 16 İyun 2016 - SİYASƏT

Bu gün Milli Məclisdə parlamentin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə "18 iyun Azərbaycan Respublikasında İnsan huquqları Günü" mövzusunda dinləmələr öz işinə başlayıb. Dinləmələrdə millət vəkilləri, Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri, Ombudsman, Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və digərləri iştirak edirlər. Dinləmələri açan MM sədrinin müavini Bahar Muradova bildirib ki, son illərdə parlament tərəfindən çox gözəl bir ənənə formalaşdırıb, ölkəni və dünyanı əhatə edən müxtəlif məsələlərlə bağlı ictimai müzakirələr, dinləmələr təşkil olunur. "Bu, həm də ictimaiyyətlə, qeyri-dövlət təşkilatlarının təmsilçiləri ilə öz-özlüyündə məsləhələşmə xarakteri daşıyır. Biz burada mövcud vəziyyətlə bağlı durumu dinləyir, öz istəklərimizi ifadə edir, eynin zamanda, bu müzakirələrdən səmərəli şəkildə faydalanmağa çalışırıq. Onu da deyim ki, bu gün çoxc əlamətdar bir gündür, daha doğrusu, dünən ölkəmizin, xalqımızın əhəmiyyətli günlərdindən birini yola saldıq. Dünən müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin ikinci dəfə Azərbaycan hakimiyyətinə dönüşü günüdür. Həmin Azərbaycanın müstəqil dövlət quruculuğunda əsas mərhələnin başlağıcının qoyulduğu günüdür. Sabah isə Azərbaycanda milli İnsan hüquqları Günüdür. Odur ki, həmin əlamətdar günlə bağlı ictimai dinləmələr keçirməyi nəzərtdə tutmuşuq"-deyə, B. Muradova daha sonra sözlərinə əlavə edib. Dinləmələr davam edir.

Xəbər xətti