Zaqatalada 84 yaşlı kişi intihar edib

18:17 - 15 İyun 2016 - HADİSƏ

Zaqatalada intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, bu gün saat 14:00 radələrində Zaqatala rayon Suvagil kənd sakini, 1932-ci il təvəllüdlü Cəlal Əsədullah oğlu Fətəliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş yardımçı tikilidə asılı vəziyyətdə aşkar olunub.
Hadisə yerinə cəlb olunmuş hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı araşdırma zamanı Cəlal Fətəliyevin intihar etdiyi məlum olub.İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (intihar həddinə çatdırma) cinayət işi açılıb, araşdırma aparılır. 

Xəbər xətti