Ağsu dolaylarında hərəkət tam bərpa edilib

17:59 - 15 İyun 2016 - Xəbər

 Ağsu dolaylarında hərəkət tam bərpa olunub. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 143-157-ci kilometrlik hissəsi yenidən sürücülərin istifadəsinə verilib. 
Qeyd edək ki, ötən ay Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd edilən hissəsində təmiri işlərinə başlanılmışdı. Uzun müddət təmir olunmadığından və intensiv hərəkət nəticəsində yolun asfalt-beton örtüyü qabarmışdı və dağılmış hissələr yaranmışdı. Bunu aradan qaldırmaq üçün təmir işləri zamanı asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb. Əvəzinə isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə yolun 80 min kv. metrdən çox ərazisi asfaltlanıb. Bu işlərə paralel olaraq yol boyu çiyinlərin bərkidilməsi və küvetlərin təmizlənməsi işləri də aparılırıb.

Xəbər xətti