Sergey Şoyqu:"Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcək"

14:13 - 15 İyun 2016 - Xəbər

 Rusiya və Azərbaycan hərbi əməkdaşlığı davam etdirəcək.Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bunu RF müdafiə naziri Sergey Şoyqu Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə bildirib. S.Şoyqu qeyd edib: "Ölkələrimiz arasında mövcud olan bütün əməkdaşlıq sahələri kimi, hərbi əməkdaşlığımız da strateji xarakter daşıyır. Hazırkı və 2016-cı il üçün əməkdaşlıq planlarımızdan danışsaq, deyə bilərəm ki, bu planlar çox zəngindir".

Daha sonra rusiyalı nazir əməkdaşlığın inkişafı üçün potensil olduğunu da əlavə edib: "Biz dost, strateji əməkdaşlığımızın və əlaqələrimizin daha da inkişaf etməsi üçün hər şeyi edəcəyik".

Görüşün sonunda rusiyalı nazir azərbaycanlı həmkarını Milli Qurtuluş Günü münasibətilə təbrik edib.

Xəbər xətti