Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulub

14:06 - 15 İyun 2016 - HADİSƏ

 Bakıda oğurluq edən Gürcüstan vətəndaşları tutulub. Daxili İşlər Nazirliyinin rəsmi saytında verilmiş məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Emil Kazımovun, Eldar Məlikovun və Kazım Nəsirovun pulunu və sənədini oğurlayan Gürcüstan vətəndaşları Koba Şavlakadze və Nodari Gabunia tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti