​Bakı Fond Birjasında yeni təyinat olub

17:29 - 14 İyun 2016 - Xəbər

 Bu gün Bakı Fond Birjası QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib. "Report"un əldə etdiyi məlumata görə, yığıncaqda BFB-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib. Bu, ölkə prezidentinin fərmanı ilə ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və təminat şöbəsinin sabiq müdiri Elçin Behbudovdur.

Beləliklə, BFB-nin İH üzvlərinin sayı 3-ə çatıb. İH-nı Fariz Əzizov rəhbərlik edir. İH-nin digər üzvü isə Vüqar Namazovdur.

Xəbər xətti