Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik edib

15:32 - 14 İyun 2016 - Xəbər

 Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə dəyişiklik edilməsi müzakirə olunub.
“Report”un məlumatına görə, dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50%-i hesabına bu orqanların büdcədənkənar fondu yaradılır.
Hazırda isə bu rəqəm 25%-dir.
Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Xəbər xətti