Ana səhifə
21 Noyabr 2018

Bakıda evi su basdı: köməyə FHN gəldi

Yaşayış evinə 1 metr hündürlüyündə su dolub

 

 

Noyabr 4–də saat 10:55-də "112" Xidmətinə Binəqədi  rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən fərdi yaşayış evinə su dolması ilə bağlı məlumat daxil olub. “Ucnoqta.az” xəbər verir ki, Lent.az-ın məlumatına görə, uzunmüddətli yağış yağması səbəbindən suyun səviyyəsi artıb və vətəndaş xilasediciləri köməyə çağırıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin mobil  xilasedicilər  qrupu  hadisə  yerinə  cəlb edilib.

 

Hadisə yerinə məlum olub ki, leysan yağışı nəticəsində fərdi yaşayış evinin həyətyanı sahəsinə təqribən 80-100 santimetr yağış suyu dolub və sakinlərin  evdən  çıxması  üçün  çətinliklər  yaranıb. Xilasedicilər adıçəkilən mənzillərdən 4 nəfərin (1 qadın və 3 uşaq) çıxarılaraq  təxliyə  olunmasını  təmin ediblər.

Tarix
5 Noyabr 2014 [11:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin