Azərbaycan-İran-Rusiya prezidentləri Bakıda görüşəcəklər

14:30 - 14 İyun 2016 - Xəbər

Bu ilin avqust ayında İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək. APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov deyib. “Ayrı-ayrı mənbələrə istinadən Həsən Ruhaninin Ermənistana səfər edəcəyini söyləyirsiniz, ancaq Azərbaycana planlaşdırılan səfəri barədə danışmırsınız”, - deyə o, Milli Məclisdə İranı tənqid edən deputatlara bildirib.
Xatırladaq ki, Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. İran prezidenti Həsən Ruhani və Rusiya prezidentiVladimir Putin bu məqsədlə Bakıya səfər edəcəklər.  

Xəbər xətti