Bu il XI sinifi bitirənlərin 88 mindən çox olub

13:57 - 14 İyun 2016 - Cəmiyyət

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 26 614, XI sinif üzrə isə 20 052 şagird məzun olub.2016-2017-ci tədris ilində respublika üzrə I sinfə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumi təhsil məktəbinin Nümunəvi Nizamna­məsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumi təhsil məktəblərində dərs məşğələləri iyunun 14-də başa çatıb.

Xəbər xətti