Təhsil naziri məzunları təbrik etdi

12:19 - 14 İyun 2016 - Xəbər

Təhsil naziri Mikayıl Cabbarov bu ildən Azərbaycanda tədris ilinin iyunun 14-də başa çatması ilə bağlı yaranan narazılıqlara münasibət bildirib.Lent.az-ın məlumatına görə, Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında  qeyd edib ki, tədrisin məzmununun və təşkilinin təkmilləşdirilməsi Təhsil Nazirliyinin daimi vəzifələrindəndir və bu istiqamətdə fəaliyyət davam etdiriləcək.
Təhsil naziri öz növbəsində tədris ilinin başa çatması münasibətilə hər bir məzunu və müəllimi təbrik edib və XI sinif məzunlarına gələcək həyat yolunun seçimində, vətəndaş kimi formalaşmaqda uğurlar diləyib.

Xəbər xətti