Bakıda 71 yaşlı kişini yerə yıxıb pulunu əlindən aldılar

17:49 - 13 İyun 2016 - HADİSƏ

Bu gün Bakıda soyğunçuluq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, saat 02 radələrində Bakı şəhər sakini, 1945-ci il təvəllüdlü Nizami Xəlil oğlu Əlizadə Daxili İşlər Nazirliynin 102 xidmətinə məlumat verib ki, saat 01:45 radələrində M.Hüseyn küçəsi 2, mənzil 10-un qarşısında tanımadığı 3 nəfər şəxs ona hücum edib. naməlum şəxslər 71 yaşlı kişini döyüb yerə yıxaraq cibində olan 350 manat pulunu götürüb qaçıblar.
Müraciət əsasında araşdırma aparılır.  

Xəbər xətti