Ana səhifə
23 Sentyabr 2018

Azərbaycan hər bir sahədə sürətli inkişafa, möhkəm daxili sabitliyə nail olub

Xarici siyasətdə isə inamlı və qətiyyətli mövqeyi ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər bir sahədə sürətli inkişafa, möhkəm daxili sabitliyə nail olub, xarici siyasətdə isə inamlı və qətiyyətli mövqeyi ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq mövqeyini davamlı olaraq möhkəmləndirən əsas amillərdən biri çoxşaxəli xarici siyasət kursudur. Azərbaycan özünün balanslaşdırılmış xarici siyasət kursu ilə müasir beynəlxalq münasibətlərin inkişafına, regional təhlükəsizliyə və əməkdaşlığa böyük töhfələr verir.  Azərbaycançılıq ideologiyasınıən əsasında da bu durur. Bütün bunların nəticəsidir ki, müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın beynəlxalq nüfuzu, eləcə də, tərəfdaşlarının sayı durmadan artmaqdadır. Beynəlxalq hüquq normalarına, qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, çoxşaxəlilik prinsiplərinə söykənən Azərbaycan xarici siyasətinin əsasında milli maraqların təmin olunması dayanır. Bu siyasətin tərkib hissəsi olaraq Azərbaycan ikitərəfli və üçtərəfli formatda əlaqələrin qurulmasına böyük diqqət yetirir. Bunlarla yanaşı, Azərbaycanın artan maliyyə imkanları, iqtisadi inkişafı ölkəmizi beynəlxalq aləmdə və regionda daha cəlbedici tərəfdaşa çevirib. İndi ayrı-ayrı dövlətlər Azərbaycana təkcə investisiyaların yatırımı üçün əlverişli ölkə kimi deyil, həm də investor dövlət qismində yanaşırlar. BunlarıMilli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib. Onun sözlərinə görə.bütün bu nailiyyətlər Azərbaycanın xarici siyasətdə əməkdaşlığın müxtəlif formatlarından, o cümlədən, ikitərəfli əlaqələrdən uğurla istifadəsinin nəticəsidir. Həmçinin Azərbaycanın sürətli iqtisadi inkişafının, eləcə də xarici siyasətin səmərəli və uğurlu olmasının əsasında, şübhəsiz, uzaqgörən enerji siyasəti dayanır. Bu çərçivədə gerçəkləşən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru xətləri, tikintisi başa çatdırılmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmir yolu, yaxın illərdə reallığa çevriləcək nəhəng Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri layihələri Azərbaycanın iştirakı və təşəbbüsünün məhsuludur. Bu layihələr Cənubi Qafqazı Avrasiyanın iqtisadi mərkəzlərindən birinə çevirməkdədir. Eyni zamanda, Azərbaycan hazırda beynəlxalq dialoq və əməkdaşlıq mərkəzi kimi tanınır. Son bir neçə il Azərbaycanın dünyada vacib mədəni, humanitar dialoq mərkəzlərindən birinə çevrilməsi baxımından çox uğurlu bir dövr olub. Ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Azərbaycan tolerantlıq və multikulturalizm diyarı olaraq humanitar və mədəniyyət sahələrində də qlobal əməkdaşlıq üçün əlverişli məkandır. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Sadalanan amillər nüfuzlu dövlətlərin, o cümlədən beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlığa daim maraq göstərməsinə səbəb olur, ölkəmizin Avroatlantik məkana, qlobal siyasi, iqtisadi humanitar əməkdaşlığa inteqrasiyası sürətlənir.
Sevinc Fətəliyeva bildirib ki. Ermənistan ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Azərbaycan ordusunun mövqelərini atəşə tutması bir daha bəzi həqiqətləri ortaya çıxardı. Bu reallıq təsdiqini tapdı ki, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır. Ümumiyyətlə, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, digər dövlətlərə də qarşı ərazi iddialarını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin loyal münasibəti və cəzasızlıq mühitindən istifadə edərək beynəlxalq hüquq normalarını heçə sayır. Onun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir. İşğalçı ölkə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. "Beynəlxalq ictimaiyyət Ermənistana qarşı adekvat tədbirlər görməlidir. Artıq bu ölkəyə qarşı sanksiyaların tətbiq olunması məsələsi gündəmdədir. Bu, hazırki şəraitdə məqbul və ədalətli seçim olar. Çünki beynəlxalq hüquq normaları tam əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin, işğalçı ölkə işğal edilmiş əraziləri boşaltmağa vadar olunsun. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də öz loyallığı ilə Ermənistanın təxribatçı, aqressiv fəaliyyətinə stimul verir. Əslində, beynəlxalq hüququn mühüm keşikçiləri sayılan beynəlxalq təşkilatların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun ərazi bütövlüyü prinsipinə zidd olaraq Azərbaycan torpaqlarında yerləşən və bölgədə gərginliyə səbəb olan Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasını tələb etməməsi onlara heç də başucalığı gətirməyən ikili yanaşmanın aydın təzahürüdür.
Bütövlükdə, Ermənistanın son günlər ərzində cəbhə xəttində atəşkəsi pozaraq təxribatlar törətməsi bu ölkənin sülh danışıqlarına, atəşkəs rejiminə, bütövlükdə beynəlxalq hüquq normalarına yanaşmasını göstərdi",- o deyib.

Sevinc Fətəliyeva qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunun əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qaarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası, uğurlu xarici siyasət kursu münaqişəsinin beynəlxalq hüquq normalarına, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair optimist qənaət yaradır. Məhz son hadisə və proseslər göstərdi ki, Azərbaycan istənilən təxribatların qarşısını almağa və işğal edilmiş torpaqları azad etməyə qadirdir. Əlbəttə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Amma Ermənistan danışıqlara məhəl qoymayacağı, qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi, beynəlxalq ictimaiyyətin ikili standartarına son qoyulmayacağı halda, ölkəmiz digər vasitələrlə öz ərazilərini işğaldan azad edəcək. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticələrini də Növbəti addım kimi qiymətləndirmək olar. Lakin hamımız anlamalıyıq ki, münaqişə Çox uzanıb və Azərbaycan xalqının səbri tükenmez deyil. Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə qətiyyət nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğuladı və ölkəmizin prinsipial mövqeyini ifadə etdi. Diqqətə çatdırıldı ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə son qoyulmalı, BMT-nin münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi yerinə yetirilməli və işğal edilmiş Azərbaycan torpaqları boşaldılmalıdır. Hesab edirəm ki, bu, müasir, qüdrətli Azərbaycanın prinsipial mövqeyini ifadə edən ən mühüm məqamdır. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan istənilən təxribatların qarşısını almağa və işğal edilmiş torpaqlarını azad etməyə qadirdir.

Tarix
13 İyun 2016 [19:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin