Təhsil şöbəsinin müdirinin oğlunun başını kəsənə AĞIR CƏZA

16:12 - 13 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Elşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Lent.az-ın məlumatına görə, prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il noyabrında Nizami rayonu Qara Qarayev 55-də baş verib. 23 yaşlı Elnur Balaşirin oğlu Nəsirovu öldürən şəxsin 23 yaşlı gəncin əmisi oğlu Elşən Nəsirov olduğu məlum oldu.
E.Nəsirov qətli törətdikdən sonra Nəsimi Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə könüllü şəkildə təslim olub.
Başı kəsilərək, öldürülən gənc Lerik rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirovun oğludur. Öldürülən gəncin bir müddət əvvəl toyu olubmuş.
Hadisənin namus üstündə baş verdiyi bildirilir. Belə ki, uzun illərdir ki, E.Nəsirovun öz əmisinin qızı ilə ailə həyatı quracağı gözlənilirmiş. Bu məsələdən hər iki ailənin üzvləri də xəbərdar imiş. Lakin sonradan E.Nəsirov təhsil aldığı universitetdə birlikdə oxuduğu bir qızla tanış olub. E.Nəsirovun bu hərəkəti əmisi oğlu Elşən Nəsirov tərəfindən etirazla qarşılanıb. Bunun da nəticəsi olaraq, E.Nəsirov əmisi oğlunu öldürərək qisas alıb.
B.Nəsirovun qardaşı Nəzir Nəsirov Bakıda bizneslə məşğuldur. Sahibkar olan N.Nəsirovun Bakıda bir neçə mağazasının olduğu bildirilir.

Xəbər xətti