Pomidor yüklü 39 vaqon, 113 yük maşın Rusiyaya yola salınıb

15:45 - 13 İyun 2016 - Xəbər

Fermerlərin və sahibkarların problemlərini aradan qaldırmaq məqsədilə Azərbaycan Respublkası Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya Federasiyasının Federal Gömrük Xidməti ilə apardığı müzakirələrdən sonra artıq problem öz həllini tapıb. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, belə ki, son üç gündə -11, 12 və 13 iyun tarixlərində Azərbaycanda istehsal edilən müxtəlif kənd təsərrüfatı məhsulları, əsasən də pomidor yüklü 39 vaqon, 113 yük maşını maneəsiz şəkildə Rusiya Federasiyasına yola salınıb.
Tərəflər arasında razılıq əldə edildikdən sonra Azərbaycan mənşəli kənd təsərrüfatı məhsullarının geri qaytarılması və ya sərhəddə yubadılması halları müşahidə olunmur.

Xəbər xətti