Zaqatalada Qarabağ əlilləri və şəhid ailələrinə ev verilib

15:22 - 13 İyun 2016 - Cəmiyyət

Zaqatala rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evi verilib. ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə,  Zaqatala rayonunda inşa olunmuş 13 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. İstifadəyə verilən evlərdən 5 ədədi Qarabağ müharibəsi əlillərinin, 8 ədədi isə şəhid ailələrinin istifadəsinə verilib.
Yeni mənzillə təmin edilən vətəndaşlar sosial təminatlarının daim artırılmasına, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, yeni fərdi dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə qeyd edilib ki, keçən il 281 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsini mənzillə təmin edən nazirlik bu ilin ötən dövründə bu təbəqələrdən olan 193 nəfər vətəndaşın yeni mənzillə təminatını həyata keçirib. Hazırda respublikanın  bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi və çoxmənzilli yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir.


Xəbər xətti