Heroin alverçilərinin məhkəməsi başladı

12:42 - 13 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Günel İsayeva, Arifə Məmmədova və İlqar Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası iyunun 20-ə təyin edilib.İttihama görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər 4 dəfə məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 4 bükümdə 0,74 qram heroin götürülüb.

Müəyyən edilib ki, ona narkotiki Bakı sakini 1980-cı il təvəllüdlü Günel İsayeva satıb. G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib.

A.Məmmədova da tutularaq ondan 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb.

Xəbər xətti