Ana səhifə
25 Sentyabr 2018

"Lans"ın prezidenti Hafkanı axtarır

Frasanın "Lans" futbol klubun prezidenti Jerve Martel klubdakı son durumla bağlı yazılı açıqlama verib.

 

 

Ucnoqta.az” xəbər verir ki, “Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Martel əsas səhmdar Hafiz Məmmədovun oktyabrın sonunadək ödəməli olduğu 4 milyon avro öhdəliyinin hələ də yerinə yetirilməməsi ilə bağlı Bakıda səfərdə olduğunu bildirib. O, "Bank of Azerbaijan"dan öz öhdəliyini təsdiqləyən bütün təminatları aldığını və ödənişin yaxın 15 gün ərzində həyata keçiriləcəyini vurğulayıb. Klub prezidenti, həmçinin gələn ilin yanvarınadək 14 milyon avronun da ödəniləcəyinə təminat verildiyini açıqlayıb. Martel "Lans"dakı situasiyaya çox diqqətlə yanaşan Azərbaycan tərəfinə də minnətdarlığını bildirib. O, "Bordo" komandası ilə noyabrın 8-də keçirəcəkləri Fransa çempionatının 13-cü tur matçından sonra Samuel Atru, Benjamin Bulenj və Landri N Quemo ilə müqavilələrinin təsdiqlənəcəyini vurğulayıb.

 

Qeyd edək ki, "Lans"ın Fransa yüksək liqasındakı iştirak qarşılığında üzvlük haqqı ödənişinin tam həyata keçirilməməsi səbəbindən klubun yeni transferlər etməsinə qadağa qoyulub.

Tarix
5 Noyabr 2014 [11:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin