İsmayıllı və Göyçay rayonunun bir neçə kəndini sel suları basıb -FOTO

22:24 - 12 İyun 2016 - Xəbər

  İsmayıllı rayonunun Talış, Kürdmaşı, Balik, habelə digər kəndlərini və əkin sahələrini, eləcə də Göyçay rayonunun İsmayıllı ilə yaxın olan Qaraməryəm, Yekəxana kəndlərini, taxıl sahələrini sel suları basıb. "Report"un məlumatına görə, güclü sel suları hətta bir avtomobili aparıb.Bu gün günorta saatlarında leysan yağışın yağması səbəbindən yaranan sel suları hər iki rayonun bir neçə kəndinin təsərrüfat sahələrinə ciddi ziyan vurub. 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri cəlb olunub.


Xəbər xətti