Hökumət əhaliyə şirlərlə selfi çəkdirməməyi tövsiyə edib

10:30 - 12 İyun 2016 - MARAQLI

 Hindistanın qərbində yerləşən Qucarat ştatında Meşə Sahalərinə Nəzarət İdarəsi yerli sakinlərə və turistlərə şirlərlə selfi çəkdirməməyi tövsiyə edib. "Report" NDTV telekanalına istinadən xəbər verir ki, son vaxtlar yırtıcılar şəkilçəkdirmə mərasimi zamanı üç nəfəri parçalayıblar.

"Mobil qurğu ilə şəkil çəkdirmək üçün şirə yaxın getmək lazımdır ki, bu da təhlükəlidir. Təhlükədən savayı (heyvanlar tərəfindən), bu, həm də qanuna ziddir və hökumət tərəfindən cəza tətbiqi ilə nəticələnə bilər. Biz qanunu elə tamamlamışıq ki, o, son yeniliklərə cavab versin", — deyə idarə nümayəndəsi S.P.Sisodiya bildirib.

Xəbər xətti