Qaradağda yaşayış binasında yanğın olub

10:20 - 12 İyun 2016 - HADİSƏ

Qaradağ rayonunda çoxmənzilli yaşayış binasının 9-cu mərtəbəsində pilləkan qəfəsində 2 kv.m sahədə məişət tullantıları və 1 ədəd pəncərə çərçivəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş xəbərə görə, yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 18:19-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti