Gəncədə “Mercedes” işıq dirəyinə çırpıldı

10:17 - 12 İyun 2016 - HADİSƏ

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə hadisə şəhərin qərb girişində qeydə alınıb. “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq əvvəlcə bardürə sonra isə işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobildə olan bir nəfər, şəhər sakini, 1976-cı il təvəllüdlü Cavanşir Orucov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti