Tanınmış müğənni konsertində güllələndi- FOTO

13:33 - 11 İyun 2016 - Xəbər

Tanınmış müğənni Kristina Qrimi naməlum şəxs tərəfindən güllələnib. Lent.az-ın usatoday.com saytına istinadən verdiyi xəbərə görə, hadisə Orlando şəhərində olub. Belə ki, konsert bitəndən dərhal sonra naməlum şəxslər müğənniyə atəş açıb. Gülləni açan şəxs daha sonra özünü güllələyib və ölüb. İfaçı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, K.Qrim “Before You Exit” qrupunun üzvüdür.


Xəbər xətti