Baş Prokurorluq Cahangir Hacıyevin arvadının həbs xəbərinə münasibət bildirib

13:16 - 11 İyun 2016 - Xəbər

Baş Prokurorluq Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçildiyi barədə xəbərlərə münasibət bildirib.Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-a bildirib ki, Z.Hacıyevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı KİV-lərdə gedən xəbərlər həqiqəti əks-etdirmir.
Qeyd edək ki, bu barədə xəbəri “bastainfo” saytı yayıb. Saytın xəbərinə görə, Zamirə Hacıyevanın həbs olunması barədə qərar Nərimanov Rayon Məhkəməsində iyunun 1-də çıxarılıb. Xəbərdə bildirilir ki, Z. Hacıyeva korrupsiyada – Beynəlxalq  Bankdan sənəd təqdim etmədən kredit kartı götürməkdə  və həmin kartdan müxtəlif postterminallar və internet ödənişlər vasitəsilə ümumilikdə 18 min manat pul çıxarmaqda ittiham olunub.

Xəbər xətti