Binə qəsəbəsində “Mitsubishi”nin vurduğu azyaşlı ölüb

13:04 - 11 İyun 2016 - HADİSƏ

 Xəzər rayonunda avtomobil azyaşlını vurub. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsində Bakı şəhər sakini Yusif Bayramov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən qəsəbə sakini azyaşlı Məryəm Novruzovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.
Xəzər Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Xəbər xətti