Maştağa sakini qohumunu evində güllələyib

12:40 - 11 İyun 2016 - HADİSƏ

 Bakı şəhəri, Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Cəmaləddin Əliyevin evində qohumu, Maştağa qəsəbə sakini Elçin Qənbərov münaqişə zəminində ona odlu silahdan atəş açaraq xəsarət yetirib.Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, C.Əliyev xəstəxanaya yerləşdirilib. E.Qənbərov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gələrək təslim olub və kustar üsulla hazırlanmış tapançanı təhvil verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti