Jurnalistlər üçün Qarabağ müsabiqəsi

16:49 - 10 İyun 2016 - Cəmiyyət

Qarabağın Azərbaycanlı İcması ilə Parlament Jurnalistlər Birliyi (PJB) Milli Mətbuatımızın yaranmasının 141 illiyi ilə bağlı jurnalistlər arasında “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?” mövzusunda müsabiqə elan edir.
Məlumatı PJB sədri Elşad Eyvazlı verib. O, qeyd edib ki, müsabiqəyə təqdim olunacaq yazilar 2 istiqamətdə – “2016 - cı ilin aprel hadisələri” və “Milli Mətbuatımızının formalaşmasında Qarabağ” olacaq.
“Hər istiqamət üzrə 3 qalib yer müəyyənləşdiriləcək: I yer - 500 manat (1 yer), II yer – 300 manat (1 yer), III yer – 200 manat (1 yer). Müsabiqəyə 2016-cı il iyunun 10-dan iyulun 15-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar daxil ola bilər”.

PJB sədri artıq müsabiqə ilə bağlı münsiflər heyətinin formalaşdığını da bildirib. Qeyd edək ki, müsabiqəyə təqdim olunan yazılar Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Bu zaman aşağıdakı meyarlar əsas götürüləcək:

* Mövzunu daha dolğun əhatə edilməsi;

* Faktlardan istifadə;

* Oxucu üçün məlumatlılıq dərəcəsi.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.  Yazılar 9-11 min işarə cıvarında olmalıdır. Yazının sonunda “Bu yazı “Qarabağ: Aprel döyüşü mediaya nələri öyrətdi?” mövzusunda müsabiqəyə təqdim olunur” qeydi olmalıdır. Müsabiqə üçün yazılar elektron formada, yaxud şəxsən təqdim oluna bilər.

Yazılar [email protected] adresinə göndərilməlidir. Elektron resursda dərc edilən yazının linki, qəzetlərdə dərc olunan yazıların isə skan variantı məktuba əlavə olunmalıdır. Bunlarla yanaşı, müəllif özü haqqında qısa məlumatı da təqdim etməlidir. Burada jurnalistin işlədiyi KİV-in adı, (həmin KİV tərəfindən verilən vəsiqənin surəti də əlavə olunmalıdır), əlaqə vasitələri qeyd olunmalıdır. Yazılar şəxsən təqdim olunduqda, diskdə materialın elektron forması da təqdim olunur.

Müsabiqə üçün yazılar İyunun 10-dan iyul ayının 15-dək həftənin iş günləri saat 11.00-dan 18.00-dək Bakı şəhəri, Nərimanov rayonu Fətəli xan Xoyski küçəsi ev 104. mənzil 03 ünvanında qəbul ediləcək.

Müsabiqənin nəticələri 20 iyuldan sonra Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının binasında keçiriləcək təqdimatda açıqlanacaq.

Əlaqə telefonları: Tel: (012) 465-95-74; (055) 566 98 94

Xəbər xətti