Kreml: "Dağlıq Qarabağ üzrə üçtərəfli sammitə hazırlıq gedir"

15:54 - 10 İyun 2016 - SİYASƏT

Kreml Dağlıq Qarabağda vəziyyətin nizamlanması ilə əlaqədar üçtərəfli sammitə hazırlığın aparılmasını təsdiq edib. "Report" TASS-a istinadən xəbər verir ki,  Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib ki, sammit Sankt-Peterburq şəhərində keçirilə bilər.
"Bu istiqamətdə iş aparılır. Biz bu növ görüşlərin baş tutacağını istisna etmirik. Bu, tam təsdiqləndikdə, biz həmişə olduğu kimi, məlumat verəcəyik", - Kremlin nümayəndəsi bəyan edib. 

Xəbər xətti