Bakıda avtotəmir sexində ustanın başına avtomobil düşüb

15:09 - 10 İyun 2016 - HADİSƏ

Bakıda avtotəmir sexində işləyən şəxsin üzərinə avtomobil düşüb.“Report”un xəbərinə görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi "V" y/s, ev 26 ünvanın qarşısında yerləşən avtotəmir sexində qeydə alınıb.
Orada usta işləyən Seymur Qurbanovun baş nahiyəsinə avtomobil düşüb.
S.Qurbanov kəllə-beyin travmasi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti