Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb

13:29 - 10 İyun 2016 - Xəbər

 Sumqayıt-Bakı elektrik qatarının şüşələrini sındıran iki azyaşlı saxlanılıb.“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan iki azyaşlı saxlanılıb.
Onlar izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.

Xəbər xətti