İki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub- problem həll edildi

16:15 - 9 İyun 2016 - Xəbər

 Azərbaycanda istehsal edilən  kənd təsərrüfatı məhsullarının  Rusiya Federasiyasına ixracı zamanı yaranan problemlərin aradan qaldırılmasına dair  iki ölkənin gömrük xidmətləri arasında razılıq əldə olunub. Bu barədə DGK Mətbuat Xidmətindən məlumat verilib.
  Qeyd edək ki sön dövrlərdə azərbaycanlı fermer və sahibkarların Rusiya Federasiyasına göndərdikləri kənd təsərrüfatı məhsullarının müxtəlif  səbəblərdən geri qaytarılması vəya sərhəddə saxlanılması  halları müşahidə olunub. Qonşu ölkənin müvafiq orqanları hərəkətlərinə haqq qazandırmaq üçün azərbaycanlı fermerlərə malların sənədlərində mənşə ölkəsinin düzgün qeyd olunmadığını bildirir.  Nəticədə isə qonşu ölkəyə ixrac olunan kənd təsərrüfatı malları ya geri qaytarılır, ya da uzun müddət sərhəddə yubadıldığı üçün  məhsul keyfiyyətini itirir.   
  Dövlət Gömrük Komitəsi rəhbərliyinin, şəxsən Komitə sədri Aydın Əliyevin Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin rəhbərliyi  ilə apardığı müzakirələrdən sonra məsələnin həlli istiqamətində razılıq əldə olunub. Razılığa əsasən  qisa zaman kəsiyində Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının maneəsiz olaraq Rusiya Federasiyasına göndərilməsi tam təmin olunacaq.

 

Xəbər xətti