Araz Ağalarov dövlətdən 1 milyard təzminat uddu -MƏHKƏMƏ

14:34 - 9 İyun 2016 - Xəbər

Moskva Arbitraj məhkəməsi “Crocus Group” prezidenti Araz Ağalarova 1,1 milyard rubl kompensasiya ödənilməsi ilə bağlı qərar çıxarıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, təzminatı Rusiyanın Maliyyə Nazirliyi ödəməli olacaq.
Milyarderin KİV-ə bildirdiyinə görə, nazirlik Vladivostokda tikilən Uzaq Şərq Universitetinin tikintisi zamanı dəymiş zərərə görə təzminat ödəyib. Həmin ali təhsil müəssisəsini vaxtında tikib başa çatdıran “Crocus Group” ayrılan vəsaiti indiyədək ala bilmirdi. Nəticədə Ağalarov  tikintini başa çatdırmaq üçün şəxsi vəsaitdən istifadə etməli olmuşdu.

Xəbər xətti