Rusiyanın qırıcı təyyarəsi qəzaya uğrayıb, bir pilot ölüb

13:48 - 9 İyun 2016 - DÜNYA

 Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində təyyarənin qəzaya uğraması xəbərini təsdiqləyib. 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, qəzaya uğrayan MiQ-29 deyil, Su-27 qırıcı təyyarəsidir. 
Hadisə nəticəsində pilot həlak olub, onun cəsədi partlayan təyyarənin yaxınlığında tapılıb.
Hazırda Rusiya Müdafiə Nazirliyində yaradılmış komissiya qəza yerində araşdırma aparır.  
*** 12:04
 Bu gün səhər Moskva vilayətinin Puşkin rayonunda MiQ-29 çoxməqsədli qırıcı təyyarə qəzaya uğrayıb. Pilotların taleyi aydınlaşdırılır. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 
"MiQ-29 Moskva vilayəti Puşkin rayonu Muranovo kəndinin yaxınlığında qəzaya uğrayıb. İki pilotun taleyi məlum deyil. Yerdə xəsarət alan yoxdur", - fövqəladə xidmətlərdə agentlik əməkdaşı bildirib. 

Xəbər xətti