On minlərlə fələstinliyə Ramazan bayramında İsrailə getmək qadağan olunub

10:06 - 9 İyun 2016 - DÜNYA

 İsrail Müdafiə Ordusu (ÇAXAL) on minlərlə fələstinliyə Ramazan bayramında İsrailə getməyi qadağan edib.  "Report" xarici KİV-ə istinadən xəbər verir ki, ÇAXAL-ın ərazidəki fəaliyyət koordinatoru general-mayor Yoav (Poli) Mordexay  83 min fələstinlinin Ramazan bayramında İsrailə getmək üçün icazəsini ləğv etməyi əmr edib. 

General Mordexayın əmri iyunun 9-na keçən gecə Tel-Əvivdəki ÇAXAL qərargahında təhlükəsizlik sistemi rəhbərlərinin xüsusi iclasında səsləndirilib.
Xatırladaq ki, bu gecə Tel-Əvivdə terror aktı baş verib. Silahlı şəxslərin yoldan keçənlərə atəş açması nəticəsində 4 nəfər həlak olub.

Xəbər xətti