BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

19:07 - 8 İyun 2016 - Cəmiyyət

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində “Heydər Əliyev və Azərbaycanda  hüquqi dövlət qurusuluğu” mövzusunda beynəlxalq elmi-praktiki  konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbiri giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə ulu öndərin tarixi xidmətlərindən, ölkəmizin hüquqi dövlət quruculuğu istiqamətində gördüyü işlərdən bəhs edib. BDU-da keçirilən beynəlxalq konfransların əhəmiyyətindən danışan prorektor Aydın Kazımzadə belə tədbirlərin universitetin beynəlxalq əlaqələrinə, o cümlədən elmin və təhsilin inkişafına müsbət təsirini qeyd edib. Hüquq fakültəsinin dekanı, professor  Əmir Əliyevin konfrans barədə ətraflı məlumatından sonra Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Vladimir Denisov, Ukrayna Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Oleq Zayçuk, professorlar - Kamil Səlimov, Leonid Timçenko, Yuriy Burilon, Əmir Əliyevin və dosent Turqay Hüseynovun məruzələri dinlənilib. Konfrans öz işini “İnsan hüquqları”, “Dövlət və hüquq nəzəriyyəsi  və tarixi, konstitusiya hüququ”, “Beynəlxalq hüquq”, “Cinayət hüququ, cinayət prosesi,  kriminalistika və məhkəmə ekspertizası”,  “Mülki hüquq, mülki proses və kommersiya hüququ,  əmək və ekologiya hüququ” bölmələrində davam etdirib. Bölmələrdə ümumilikdə 172 məruzə dinlənilib. 
Elmin

 

Xəbər xətti