Lənkəran sakininin əkin sahəsindən 274 çətənə kolu aşkarlanıb - FOTO

17:01 - 8 İyun 2016 - Xəbər

 Lənkəran rayonunda axtarışda olan şəxsin əkin sahəsindən narkotik vasitələr aşkar olunub.Bu barədə "Report"un Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) bildirilib.
Məlumata görə, şöbənin Cinayət-Axtarış Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı rayonun Digah kənd sakini 34 yaşlı Anar Xubəli oğlu Məmmədova məxsus torpaq sahəsində 274 ədəd xüsusi aqrotexniki qulluq olunmuş çətənə kolları aşkar olunub.
A.Məmmədov saxlanılan zaman onun üzərindən 1 kiloqram qurudulmuş marixuana və 1 tüfəng aşkar olunub.
Saxlanılan şəxs əvvəllər məhkum olunub. Sonuncu dəfə oğurluq cinayətində şübhəli olduğu üçün axtarışda olub.


Xəbər xətti