Balakəndə dəhşət: maşın 6 yaşlı oğlanın üstündən keçib

16:44 - 8 İyun 2016 - HADİSƏ

Balakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes Vita” markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.
Xəstəxanadan bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır.apa

Xəbər xətti