Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub

15:35 - 8 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq təqsirləndirilən Ramiz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə R. Ağayev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramiz Ağayev şəhər sakinlərinin etimadını qazanaraq, onlara qarşı külli miqdarda dələduzluq etməkdə ittiham olunub.
 R. Ağayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə cinayət işi başlanıb.

Xəbər xətti