Türkiyənin baş naziri: “Polis idarəsinə hücumu PKK törədib”

14:42 - 8 İyun 2016 - DÜNYA

 “Hücumu PKK terror təşkilatı həyata keçirib”.“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım Türkiyənin Mardin vilayətindəki baş vermiş terror aktına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Midyat Rayon Polis İdarəsinə yönəlik xaincəsinə həyata keçirilmiş hücum nəticəsində bir polis əməkdaşı şəhid olub: “Həmçinin, terror aktı nəticəsində 2 mülki vətəndaşımız həyatını itirib, 30-dan çox insan yaralanıb”.  

Xəbər xətti