Ceyranbatan su anbarının ətrafındakı ağaclıqda YANĞIN

18:27 - 7 İyun 2016 - HADİSƏ

Ceyranbatan su anbarının ətrafındakı ağaclıqda yanğın hadisəsi baş verib.Fövqəladə Hallar Nazirliyinin saytında verilmiş məlumata görə, Abşeron rayonu, Ceyranbatan su anbarının ətrafında kol-kos və qismən agaclıq sahə yanır. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının söndürülməsi işləri davam edir. Əlavə məlumat veriləcək. 

Xəbər xətti