"Azər Əliyev Azərbaycana kömək qərarı verib"-Sevil Əliyeva oğlunun yeni vəzifəsindən danışdı

17:15 - 7 İyun 2016 - Xəbər

Sevil Əliyeva oğlu Azər Əliyevin Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti təyin edilməsi ilə bağlı xəbəri virtualaz.org-a təsdiqləyib.
“Azər Əliyev Azərbaycana kömək qərarı verib. O, Böyük Britaniyada gözəl təhsil alıb və magistrdir. Bundan əlavə, həmişə peşəkar səviyyədə idmanla və ağır atletika ilə məşğul olub. Azər Əliyev həmişə Azərbaycan yığma komandasının tərkibində müxtəlif yarışlarda iştirak edib. Onun çoxlu medalı var”, - Sevil Əliyeva deyib.
Sevil Əliyeva həmçinin bildirib ki. 30 yaşlı Azər Əliyev babasının – ümummilli lider Heydər Əliyevin evində yaşayır.

Xəbər xətti