Ana səhifə
16 Noyabr 2018

"Bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır" - Rafael Hüseynov

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Hüquqi işlər və insan haqları komitəsinin İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən və 2 gün davam edən iclaslarında Azərbaycanla bağlı bir sıra məsələlər də yer alıb. Bu haqda məlumat verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynovun bildirdiyinə görə, komitənin iclasında o və deputat Elxan Süleymanov iştirak ediblər. Komitə iclası çərçivəsində AŞPA rəhbərliyinin təşkilatçılığı ilə keçirilən və “Milli parlamentlərin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməkdə rolu” adlı xüsusi dinləmələrə isə onunla bərabər  digər deputat Əli Hüseynli də qatılıb. R.Hüseynov deyib ki, Hüquqi işlər və insan haqları komitəsində Lüksemburqlu deputat Yves Kruçentenin hazırladığı “Avropada Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətlərinə yaradılan yersiz məhdudiyyətlərin qarşısını necə almalı” adlı məruzə ilə bağlı da dəvətli qonaqların iştirakı ilə geniş müzakirələr aparılıb. Eyni zamanda, həmin iclasda  ispaniyalı deputat, Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunun tərtib etdiyi “Avrapa Şurasında Azərbaycanın sədrliyi: İnsan haqlarının qorunmasındakı vəziyyət” adlı hesabat təqdim edilib. Hər iki mövzu üzrə Azərbaycanla bağlı komitə iclasında ifadə olunan mövqelərlə əlaqədar deputat R. Hüseynov suallarımızı cavblandırarkən bir sıra təfərrüatlara toxunub. Ayrı-ayrı beynəlxalq təşkilatlarda, o cümlədən bəzən Avropa Şurasında da ikili standartların təzahür etməsi məsələsini vurğulayan R. Hüseynov deyib ki, “Azərbaycan Avropa Şurasında üzv olduğu arxada qalan 14 ilin ərzində ilk gündən başlayaraq mütəmadi olaraq Dağlıq Qarabağ və Ermənistanın Azərbaycana təcavüzü məsələsini qaldırıb: "Məhz Azərbaycanın lap başılanğıcdan bu məsələni prioritet olaraq seçəcəyi hər kəsə bəlli idi və erməni lobbisi, onun Avropa Şurasında araqarışdırıcı təsir imkanları olan qüvvvələri də elə 2001-ci ildən etibarən Parlament Assambleyasında  bizim bu səmtdəki səylərimizi əngəlləyəcək manelər qurmağa başlayırdırlar. Qondarma “siyasi məhbus” problemi belə tələlərdən biri idi. Hazırda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edir və AŞPA-dakı nümayəndə heyətimiz də kifayət qədər fəaldır. Aparılan düzgün siyasətin nəticəsi olaraq keçən sessiyada Dağlıq Qarabağ və Azərbaycanın işğal altındakı digər ərazilərində Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi haqqında ayrıca hesabatın hazırlanması ilə əlaqədar məruzəçi təyin edilib və bu böyük uğur kimi qiymətləndirilməlidir. Təbii ki, Ermənistan, erməni lobbisi və onlarla əlaqədar Antiazərbaycan qüvvələr bunun müqabilində bizə qarşı köhnə məkrli xətlərinə uyğun olaraq müxtəlif əks tədbirlər həyata keçirməyə cəhd edirlər. Azərbaycan əleyhinə saxtakar, qərəzli tənqidlər təşkil edərək diqqəti əsas hədəfdən, Ermənistanın işğalçı əməllərinin fəsadlarından yayındırmaq üçün dəridən-qabıqdan çıxırlar. Elə komitənin Madrid iclasında qeyri- hökumət təşklatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Həm də nəzəri cəlb edən mühüm məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətlərini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər.Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycan qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri G. Axundovadır. Nəticə etibarı ilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır. Azərbaycan hökumətinin tutduğu aşkarlıq xətti, korrupsiya hallarının qarşısını almaq üçün bütün sahələrdə, o sıradan QHT-lərin də maliyyələşdirilməsində şəffaflığın təmin edilməsi təşəbbüsləri ölkəmizdəki ayrı-ayrı QHT-lərə xaricdən çirkli pullar axıdan, yaxud hətta qanuni maliyyəni də çirkli məqsədədlərə yönəldənləri hövsələdən tamamilə çıxarmışdır. İfşa olunduqca da daha artıq azğınlaşır, daha çox böhtanlar uydururlar. Avropanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycandakı QHT-lərin sayı da, onlara yaradılan şərait də qat-qat yaxşıdır və həmin istiqamətdə müsbət irəliləyişlər bundan sonra da olacaq.

Xaricdən əleyhimizə işləyən, inkişafımızı gözü götürməyən zümrələrsə, bizə qarşı mümkündür ki, gələcəkdə daha başqa fitnə və böhtanlara əl atsınlar. Lakin beynəlxalq təşkilatlarda çoxdan müşahidə etdiyimiz ikili standartlar, qərəzli, subyektiv yanaşmlar, müxtəlif ədalətsiz təzyiqlər Azərbaycanı heç vaxt düz yolundan döndərə bilməz. Mübarizə hər gün davam edir və bütün belə hallara qarşı həmişə deyəcək sözümüz, gətiriləcək tutarlı arqumentlərimiz var".

 

P.Aqramunun məruzəsinə gəlincə, R. Hüseynov bildirib ki,  bu hesabat içərisində müəyyən tənqidlər əks olunmasına baxmayaraq bütövlükdə müsbət qiymətləndirilə bilər: "Həmin məruzə İspaniya parlemintində sadəcə təqdim olundu və müzakirəsi dekabrda, komitənin Parisdəki iclasında baş tutacaq. Söz yox, orada da biz qəti mövqeyimizi bir daha ifadə edəcəyik”.

 

 

Elməddin

Tarix
5 Noyabr 2014 [00:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin