İŞİD-də döyüşənlərin məhkəməsi başlayır

15:12 - 7 İyun 2016 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib.Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi baxışa verilib. Məhkəmənin baxış iclası iyunun 16-da baş tutacaq.
Qeyd edək ki, Rufan Ağcabəyov və Marfin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər.  Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İraq İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.
Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.
Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və interpol üzrə axtarışa verilib. 
Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.
Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunur.

Xəbər xətti