Şəmkir sakini özünü güllələyərək öldürüb

14:28 - 7 İyun 2016 - HADİSƏ

Şəmkir rayonunda güllələnmə hadisəsi olub.Daxili İşlər Nazirliyinin saytında istinadən xəbər verir ki, iyunun 5-də Şəmkir rayonunun Sabirkənd kəndində yaşayan Elmar Heydərov evində tüfəngdən atəş açaraq özünü öldürüb.
​Şəmkir RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "BUM" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Xəbər xətti